
Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatındakı evində axtarış aparmaq niyyətindədir.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, FTB Pensin evində “gizli” qeyd olunan hər hansı sənədi axtaracaq. Hazırda ABŞ Ədliyyə Nazirliyi keçmiş vitse-prezidentin hüquq komandası ilə axtarışın vaxtı ilə bağlı danışıqlar aparır.