Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.

Bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, sui-qəsd cəhdini Ohayoda yaşayan iraqlı planlaşdırıb. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir. Şübhəli şəxs 2020-ci ildə ABŞ-a gəlib, sığınacaq üçün müraciət edib.

Şübhəli şəxs qətlin təşkilinə Türkiyə, Misir və Danimarkada yaşayan daha 4 iraqlını cəlb etməyi planlaşdırdığını etiraf edib. Bundan əlavə, onun Texasa Buşun evini videoya çəkmək üçün gəldiyi məlum olub.

İstinadlar Report