
Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-dən kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək.
Bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb.
Nəşr bildirib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfini Kiyevin münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğuna inandırmağa çalışacaq.
O cümlədən, məlum olub ki, Ukrayna tərəfi Moskvaya qarşı qismən atəşkəs, uzaqmənzilli raket və dron zərbələrinə, Qara dənizdə hərbi əməliyyatlara qadağa qoyulması ilə bağlı tələb irəli sürəcək.