Məşhur fransız aktyoru Mişel Omon dünyasını dəyişib.Onun vəfatı haqda xəbəri kostyumeri Paskal Borde verib.

Ötən əsrin 60-cı illərində bir çox filmlərdə rol alan Fransız kinosunun ulduzu 82 yaşında vəfat edib.

M. Omon tamaşaçıların yaddaşında daha çox “Atalar”, “Oyuncaq”, Müsyo Klyayn” və s. filmlərdə yaratdığı obrazlarla qalıb.

 

İstinadlar Qafqazinfo