Fransa fermerləri bu ölkə hakimiyyətinin onlara dəstək üçün əlavə tədbirlər həyata keçirməyəcəyi təqdirdə etiraz aksiyalarını bərpa etməyə hazırdırlar.

Bunu Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyasının (FNSEA) rəhbəri Arno Russo bildirib.

“Biz əlavə tədbirlərin həyata keçirilməsini istəyirik. On gün ərzində bu istiqamətdə dəyişikliklər görməsək, tətilləri bərpa etməyə hazırıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, hökumət aqrar sahədə dəyişiklikləri elan edəndən sonra onların həyata keçirilməsi üçün az iş görülüb və bu da fermerlərin narazılığına səbəb olur.

İstinadlar Report