
Bir neçə gün əvvəl Ukraynanın icazəsi olmadan Rusiya yolu ilə Krıma səfər edən 11 deputatla bağlı qalmaqal səngimir.
Azərbaycan 24 xəbər verir ki, səfər zamanı deputatlardan birinin Krımın “azad edilməsi”nə həsr edilmiş abidəni öpməsi Kiyevdə şok effekti yaradıb.
Fransa xarici işlər nazirliyi səfərin rəsmi xarakter daşımadığını bildirsə də bu Ukrayna tərəfini razı salmayıb.
Səfər edən deputatlar əsasən Nikola Sarkozinin “Respublika” partiyasının üzvləridir.