Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə, bu gün sizin üçün nəzərdə tutulub.  

Proqramla tanış olun və hamılıqla tədbirə gəlin!

(Tədbir Nizami küçəsində yerləşən UFAZ-da təşkil ediləcək və giriş peyvənd pasportunun və Covid-19 əleyhinə immun sertifikatının təqdim edilməsilə sərbəst olacaqdır. Saat 09:30-10:00-da baş tutacaq rəsmi açılış mərasimi üçün zalın qəbul etmə petensialı nəzərə alınaraq onlayn qeydiyyat artıq başa çatıb)  

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə ( şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan kariyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir. 

Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir. 

Sərgi haqqında ətraflı məlumat ilə aşağıdakı linkdən tanış ola  bilərsiniz.

https://drive.google.com/file/d/1GffUY9PlLu7HQoGNrzBFEHbJMMHZXi94/view

 

İstinadlar Qafqazinfo