
Fransanın paytaxtı Parisdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Vauban meydanında polis pensiya islahatlarının ləğvini tələb edən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq olunub.
Nümayişçilər ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar meydana bitişik küçələrdə, hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada (parlamentin aşağı palatası) kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb.
Bu xəbərin yayılmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib, etirazçılar asayiş keşikçilərini təhqir etməyə, zibil qutularını yandırmağa, polisə daş və butulka atmağa başlayıblar.