
Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.
Bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirilib.
Xarici İşlər Nazirliyi Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktenin qəfil vəfatı ilə əlaqədar dərin kədər hissi keçirir <…> Nazirlik bu kədərli vaxtda Fransanın Şri Lankadakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Dəfn mərasimi ilə bağlı müvafiq orqanlar tərəfindən məlumat veriləcək”, – XİN-in press-relizində diqqətə çatdırılıb.