Fransanın şərqindəki Myuluz kommunasında məhkəmə binası qarşısında bir qrup şəxsin iştirakı ilə həyata keçirilən atışma zamanı bir nəfər ölüb.

Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 15:50-də (Bakı vaxtı ilə 17:50) Robert Şuman prospektində baş verib.

Iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən birinin yerindəcə öldüyü, ikincisinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi, hücum edənlərin qaçdığı bildirilir.

İstinadlar Report