
Fransızlar üçün ölkə prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ya Çin lideri Si Szinpindən daha təhlükəlidir.
Bunu Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo tvitterdəki hesabında yazıb.
Florian Filippo Fransa prezidenti Emmanuel Makronu ölkənin təhlükəsizliyinə əsas təhdid adlandırıb.
Vətənpərvərlər Partiyasının lideri ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyanatını da xatırladıb. Sonuncunun fikrincə, amerikalılar üçün ən böyük təhlükə xarici ölkələrdən deyil, “ölkəni daxildən dağıtmaq istəyən xəstə və radikal siyasətçilərdən” gəlir.
“Fransada da belədir” Filippo qeyd edib.