Fransanın keçmiş xarici işlər naziri Filipp Dust-Blazinin Parisdəki evindən oğrular 120 min dəyərində əşya aparıblar.
Bu barədə “Europe-1” radiostansiyası bildirib.
Məlumata görə, keçmiş nazirin iki “Patek Philippe” markalı saatı, zinət əşyaları, dəri geyimlər və başqa bahalı paltarlarının da oğurlandığı bildirilib.