
Fransada məhkəmə keçmiş daxili işlər naziri Klod Qeanı (2011-2012) maliyyə fırıldaqlarına görə 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
O, 2012-ci il parlament seçkiləri zamanı 30 000 avrodan bir qədər çox vergi endirimi almaq üçün kampaniya xərclərini bilərəkdən aşağı qiymətləndirməkdə ittiham olunur.
Əvvəlcə prokurorluq onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə onun 18 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Onlardan 12 ayı şərti cəzadır.
Klod Qean həmçinin dövlətdən alınan məbləği də qaytarmalıdır.