Fransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Onun həyat yoldaşı Penelopa Fiyon məhkəmənin hökmü ilə 2 il şərti cəza alıb.

Fransa mərkəz sağçıların aparıcı siması olan F.Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik “Kanar anşene” qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş alması iddiasını irəli sürüb.

Bildirilib ki, Penelopa Fiyonu bu vəzifəyə siyasətçinin özü parlamentin aşağı palatasının deputatı olan zaman təyin edib.