Fransanın Ermənistanda daimi hərbi məsləhətçisi olacaq.

Bu barədə İrəvanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransa Ermənistana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzunmənzilli raketlər də verəcəyik”.

S.Papikyan isə bildirib ki, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

İstinadlar Report