Fransanın dövlət katibi Jan-Batist Lemunun Yerevana ikigünlük işgüzar səfəri başlayıb.

Bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

İstinadlar Report