Fransanın Baş naziri Qabriel Attal növbədənkənar parlament seçkilərindən sonra ölkə prezidenti Emmanuel Makronun istefasını istisna edib.

Bu barədə Attal “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Nəticə nə olursa olsun, prezident vəzifəsində qalacaq. Yeganə sual kimin Baş nazir olacağı və parlamentdə çoxluğu qazanacağıdır”, – deyə o qeyd edib.