Fransanın Baş naziri Fransua Bayru cari ilin büdcə layihəsini Milli Assambleyada deputatların səsverməsinə ehtiyac olmadan qəbul edib.

Bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.

“Heç bir ölkə büdcəsiz yaşaya bilməz. Beşinci Respublika qurulandan ilk dəfədir ki, ölkəmiz hələ də büdcəsiz qalır. Bu, Fransanın imicinə mənfi təsir göstərir”, – Bayru bildirib.

Konstitusiyanın 49.3-cü maddəsində büdcənin deputatların səsi olmadan qəbul edilməsinin mümkünlüyü nəzərdə tutulur.

Fevralın 5-də Bayru hökumətinə etimadsızlıq səsverməsi keçiriləcək.

İstinadlar Report