Avropa Parlamentinin Fransadan olan deputatı Avrora Lalyuk ölkənin “Arcom” media tənzimləyicisinə “X” sosial şəbəkəsindən şikayət edib.

Buna İlon Maskın “Х” sosial şəbəkəsinin alqoritmlərini manipulyasiya etməsi ehtimalı səbəb olub.

“Avropa Parlamentinin deputatı Rəqəmsal Xidmətlər haqqında Avropa Reqlamentinə (DSA) uyğun olaraq “Arcom”a “X”dan şikayət edib. O, hökumətlərə və Avropa liderlərinə qarşı hücumları və qitədə ifrat sağçıların dəstəklənməsini pisləyir”, – nəşr qeyd edir.

Şikayət Maskın “X”da Almaniya üçün alternativ” sağçı partiyasının həmsədri Alisa Vaydel ilə debat keçirəcəyi gün edilib.

İstinadlar Report