“Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi. Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu”.

Bu fikirləri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin müzakirəsi ilə bağlı danışarkən deyib.

İstinadlar Report