“Fransa dünən Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən və səfirlik əməkdaşının  həlak olması və daha iki nəfərin yaralanması ilə nəticələnən hücumu pisləyir”.

Bu barədə məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb. 

Fransa XİN terror aktı zamanı şəhid olan Orxan Əsgərovun ailəsinə başsağlığı verib: “Diplomatik məkanlara və diplomatlara qarşı hər hansı hücum qəbuledilməzdir. İran rəhbərliyini öz ərazilərində olan xarici diplomatların və diplomatik binaların qorunması ilə bağlı məsuliyyətləri çərçivəsində hücumla bağlı məsələnin araşdırılmasına çağırırıq”.

İstinadlar Qafqazinfo