Fransanın Lion şəhərində bir qrup gəncin polislə toqquşmaları zamanı altı avtomobil və iki motosiklet yandırılıb.

Bu barədə BFM TV bildirib.

Qeyd edilir ki, qarışıqlıqlar yol-nəqliyyat hadisəsindən sonra yaranıb. Qəza zamanı 13 yaşlı yeniyetmə xəsarət alıb. O, iddia edib ki, qəzaya idarə etdiyi nəqliyyat vasitəsinin polis əməkdaşları tərəfindən təqib edilməsi səbəb olub.

Qəzadan sonra yaranan qarışıqlıqlar nəticəsində avtobus dayanacaqları dağıdılıb, bununla yanaşı, avtomobillər yandırılıb.

Qarışıqlıqlarla əlaqədar şəhərə əlavə 60 polis əməkdaşı cəlb edilib və təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisələrlə bağlı üç nəfər saxlanılıb.

Şəhər polisi yeniyetməni təqib etməsi barədə ittihamları rədd edib.

İstinadlar Report