Fransa xarici işlər naziri Jan-Noel Barro Əlcəzairlə münasibətlərdə “alçaldıcı” böhran fonunda istefa verməlidir.

Bu barədə sosial şəbəkələrdə Avropa Parlamentinin deputatı və Marin Le Penin qardaşı qızı Marion Marşal bildirib.

“Fransanın Afrikada alçaldılmasından sonra Əlcəzairdəki Fransa səfirliyinin diplomatlarının ölkədən çıxarılması vəziyyəti Jan-Noel Barronun rəhbərliyi altında diplomatiyaya son zərbəni vurur. Belə bir uğursuzluqdan sonra o, istefa verməlidir”, – M.Marşal yazıb.

İstinadlar Report