Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Ukraynanın dəstəklənməsi üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və Kiyevin dəstəklənməsi üçün istifadə olunmasına çağıran qətnamə qəbul edib.

Qətnamə simvolik xarakter daşıyır. Sənədin lehinə 288 deputat səs verib, 54 parlament üzvü isə əleyhinə çıxıb.

Qətnaməni xüsusilə prezident partiyası “Renessans”ın deputatları, sosialistlər, “Ekoloqlar”, sağçı “Respublikaçılar” partiyası və 2017-2020-ci illərdə baş nazir vəzifəsində çalışmış keçmiş baş nazir Eduard Filippin “Horizons” partiyasının parlament üzvləri dəstəkləyiblər. Solçu “Tabe olmayan Fransa” və Fransa Kommunist Partiyası əleyhinə səs verib. Marin Le Penin rəhbərlik etdiyi sağçı “Milli Birlik” fraksiyasının deputatları bitərəf qalıblar.

İstinadlar Report