Fransada “sarı jiletlilər”in aksiyası zamanı 24 nəfər xəsarət alıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlardan 22-nin vəziyyəti orta ağır, 2-nin isə vəziyyəti ağırdır.

Aksiyaların başlanğıcından bu günə kimi Fransada 10 nəfər həlak olub, 1600-dən çox insan yaralanıb. Xəsarət alanlar arasında jurnalistlər də var.

Qeyd edək ki, “sarı jiletlilər” ötən gün 9-cu dəfə Fransa küçələrinə çıxıblar. Adətən aksiyalar iğtişaşlar və qarşıdurmalarla müşahidə edilir. Dünənki aksiyada 84 mindən çox insan iştirak edib.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı “sarı jiletlilər”in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilib.

Müxtəlif şəhərlərdə “sarı jiletlilər”in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.

İstinadlar Report