Fransada “sarı jiletlilər” 27-ci dəfə etiraz aksiyası keçirib.

Şənbə günü minlərlə insan növbəti dəfə küçələrə çıxıblar.

Aksiyada 15,5 min nəfər iştirak edib.

Lakin təşkilatçılar bu rəqəmlə razı deyillər. Onların məlumatına görə, aksiyada 40,5 min fransız iştirak edib.

Etirazçıları polis dəstələri müşayiət edib. Aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ən kəskin qarşıdurma Reymsdə olub.

Fransada şənbə günü keçirilən “sarı jiletlilər” hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

İstinadlar Report