“Sarı jiletlər”in şənbə etirazlarının gedişatında polis 254 nəfəri saxlayıb.

Bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Nazirin sözlərinə görə, onlardan 173-ü Parisdə həbs edilib.

Kastaner “sarı jiletlər”in aksiyası zamanı baş vermiş talanları ittiham edib. Onun sözlərinə görə, 16 noyabrda Fransa paytaxtında nizamsızlıq edən radikal elementlər arasında “dələduzlar” və “varvarlar” çoxluq təşkil edib, hansılar ki, qəsdən asayiş keşikçiləri ilə toqquşmalara təhrik ediblər.

İstinadlar Report