Fransanın Yeni Akvitaniya regionunda yayılan qızılca epidemiyası səbəbilə bir nəfər ölüb, 200 nəfərdən çox şəxs isə bu virusa yoluxub.

“France 3 Nouvelle Aquitaine” telekanalı 2017-ci ilin noyabrından etibarən epidemiyanın 213 adama təsir etdiyini, Puatye xəstəxanasında bir xəstənin öldüyünü məlumat verib.

Bildirilib ki, 57 nəfər – xəstəliyə yoluxanların, demək olar ki, dörddə biri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin yayılmasının qarşısının alınması üçün əsas amil peyvənddir.

İstinadlar Report