Fransanın Biarriç şəhərində bu gün keçiriləcək G7 sammiti əleyhinə Uryun şəhərində (Atlantik Pireney departamenti) təşkil edilmiş nümayişin ən azı 17 iştirakçısı saxlanılıb.

Bu barədə “Linternaute” internet nəşri bildirib.

Nümayişçilərlə polislər arasında toqquşmalar antiqlobalistlərin düşərgəsi yaxınlığında baş verib. Etirazçılar tərəfindən atılmış fişəngin düşməsi nəticəsində dörd polis əməkdaşı yüngül xəsarət alıb. Departament prefekturasının məlumatına əsasən, qarşıdurma yerli vaxtla təxminən saat 22:00-də dayandırılıb.

Qeyd edək ki, bu gün Fransanın Biariç şəhərində “Böyük yeddilər”in (G7) sammiti işə başlayacaq.

Axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.

İstinadlar Report