
Paris polisi pensiya islahatına qarşı etirazlarda 90 mindən çox insanın iştirak etdiyini bildirib.
Bu barədə “BFM” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Parisdəki mitinqdə etirazçıların 93 min olub. Martın 23-də baş verən əvvəlki aksiya zamanı təxminən 119 min insan küçələrdə idi.
Fransa şəhərlərində isə təxminən 740 min insan pensiya islahatları ilə razılaşmadığını bildirərək küçələrə çıxıb.
Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 5,5 minə yaxın polis əməkdaşı cəlb edilib. Nümayiş zamanı baş verən qarşıdurmalardan sonra 22 nəfər saxlanılıb.
Qeyd edək ki, Fransada sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim edilib. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.