
Fransanın paytaxtı Parisin Konkord və Yelisey meydanlarında kütləvi toplantılar qadağan edilib.
Paytaxt polisi pensiya islahatına qarşı etirazlardan sonra Milli Assambleyaya və Prezident iqamətgahına yaxın yerlərdə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.
Belə ki, insanlar bu yerlərdə toplaşmağa cəhd etsələr, cərimələnə bilərlər.
Telekanal xatırladıb ki, martin 16-ı və 17-də Parisin Konkord meydanında hökumətin pensiya islahatına qarşı etiraz aksiyaları keçirilib.
Nümayişlər etirazçılarla asayiş qüvvələri arasında toqquşmaya çevrilib. Polis Parisdə 200-dən çox etirazçını saxlayıb.