
Fransa Milli Maliyyə Prokurorluğu 2024-cü ilin dekabrında nəqliyyat naziri təyin edilmiş Flipp Tabaro barəsində araşdırmaya başlayıb.
Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
F.Tabaro bir neçə il əvvəl dövlət vəsaitlərinin mənimsənilməsi və digər fırıldaqçılıqlarda şübhəli bilinir.
Qəzet bildirib ki, araşdırma İctimai Həyatın Şəffaflığının Təmin Edilməsi üzrə Ali Orqanın (HATVP) 2021-ci ilin iyulunda dərc edilmiş hesabatından sonra başlayıb.
Məmurun özü qəzetin sorğusuna cavabında “layihə meneceri” kimi 70 % ştatda işlədiyini bildirib, lakin qazandığı vəsaitin məbləğini açıqlamayıb. HATVP-nin hesabatında isə bildirilirib ki, o, 2018-2020-ci illərdə bu bölmənin direktoru olub və ayda 6,9 min avro alıb. 2020-ci ildən isə mükafat ayda 4,5 min avroya qədər azalıb.
Paralel olaraq o, kommuna meriyasında ona ayda təxminən 1,3 min avro gətirən “ictimaiyyətlə əlaqələr üzrə əməkdaş” vəzifəsini və regional şurada nəqliyyat məsələləri üzrə sədr müavini vəzifəsini tutub.