
Solçu partiyaların “Yeni Xalq Cəbhəsi” alyansı yanvarın 16-da Fransa Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə çağıra bilər.
Bu barədə solçu deputat Erik Kokerel TF1-də bildirib.
Hökumətə etimad göstərməmək üçün müvafiq qətnaməni parlamentin 577 deputatından 289-u dəstəkləməlidir. “Yeni Xalq Cəbhəsi”nin 215 mandatı var və onun demarşı digər partiyaların dəstəyi olmadan uğurlu ola bilməz.
Kokerel sağçı müxalifətin də səsverməyə qoşulacağına ümid etdiyini vurğulayıb.