“Fransa Avropa İttifaqından çıxmalıdır”.

Bunu ölkənin “Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippo Parisdə keçirdiyi mitinqdə deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının və Parisin xilası üçün Fransa Avropa İttifaqından çıxmalıdır.

Siyasətçinin fikrincə, ölkə prezidenti Emmanuel Makronun istefası bu məqsədə yaxınlaşmağa kömək edər:

“Bu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin getməsinə səbəb olmaqla yanaşı, bizi yoxsulluğa və müharibəyə sürükləyən Avropa İttifaqının bütün çürük sisteminin dağılmasını daha da yaxınlaşdıracaq”.

Qeyd edək ki, dekabrın 6-da Ursula fon der Lyayen Aİ ilə Cənubi Amerikanın ümumi bazarı “Mercosur” arasında Fransa tərəfindən rədd edilən saziş üzrə danışıqların başa çatdığını elan edib.

İstinadlar Report