
Fransanın cənubundakı La-Qran-Komb kommunasında məsciddə bir nəfərin qətlində şübhəli bilinən şəxs İtaliyada hüquq-mühafizə orqanlarına təslim olub.
“Məsciddə bir nəfəri öldürməkdə şübhəli bilinən şəxs İtaliyanın mərkəzindəki polis bölməsində təslim olub”, – məlumatda qeyd edilib.
Daha əvvəl Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, şübhəli şəxs bundan əvvəl qatil statusu qazanmaq üçün bir neçə nəfəri öldürmək istədiyini sosial şəbəkədə etiraf edib.