Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol testi zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkarlanıb.

Bu barədə Fransanın daxili işlər naziri Fransua Buffe “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinə nəzarət etmək üçün əməliyyat keçirdik. İki gün ərzində aparılan 8 mindən testdən 44-də narkotik, 5-də spirtli içki aşkarlanıb”, – o yazıb.

İstinadlar Report