Fransada dodaq oxumaq üçün xüsusi üz maskalarının istehsalına başlanır.

Karlar üçün faydalı olan bu ləvazimat ötən əsrin 30-cu illərində yaradılmış və ölkənin ən böyük əlillər birliklərindən olan “France Handicap”a məxsus və Paris yaxınlığında yerləşən bir müəssisədə istehsal olunacaq. Bu maskalardan gündə 300 ədədədək buraxmaq nəzərdə tutulur.

Qeyd edək ki, bu cür maskaların xüsusiyyəti aşağı hissəsinin şəffaf plastikdən hazırlanmasıdır ki, belədə maska sahibinin dodaqları görünür. Həmin şəffaf hissənin tərləməsinə qarşı içəri dən xüsusi maddə çəkilir.

İstinadlar Report