Fransada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Bu bardə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Belə ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 18 181 nəfər artaraq 5 890 062 nəfərə, ölənlərin sayı isə 33 nəfər artaraq 111 525 nəfərə çatıb.

Hazırda müalicəsi davam edən 474 401 xəstədən 2 300 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb.

İstinadlar Report