
Fransa Senatı keçmiş baş nazirlərə və prezidentlərə verilən imtiyazların ləğvini nəzərdə tutan 2025-ci il büdcəsinə düzəlişin lehinə səs verib.
Bu barədə qərarın təşəbbüskarı, Normandiyadan olan mərkəzçi senator Natali Qule sosial şəbəkələrdə məlumat verib.
Məlumata görə, Milli Assambleyanın birgə komissiyasında təsdiqlənməli olan təşəbbüs büdcəyə ildə 2,8 milyon avroya qənaət etməyə imkan verəcək.
Fransanın baş nazirləri istefa verdikdən sonra xidməti avtomobil, şəxsi sürücü və şəxsi katibə malik olmaq hüququ əldə edirlər. Lakin bu imtiyazlar 2019-cu ildən yaş həddi ilə məhdudlaşdırılaraq keçmiş məmur 67 yaşına çatanadək qüvvədə qalır.