Fransanın baş naziri Mişel Barnye yeni hökumətin tərkibini müəyyən etmək üçün siyasi xadimlərlə müzakirələri davam etdirir.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, M.Barnye iqamətgahında LIOT fraksiyasının nümayəndələrini (müstəqil deputatlar və dənizaşırı ərazilərin nümayəndələri) qəbul edəcək.

Məlumata görə, Prezident Emmanuel Makron Baş naziri Yelisey sarayında qəbul edib.

M.Barnye Milli Assambleyadakı prezidentyönlü koalisiyanın sədri, keçmiş baş nazir Qabriel Attala da zəng edib.

Baş naziri sentyabrın 6-da “Respublikaçı”lar partiyasının və prezident qüvvələrinin “Birlik” blokunun nümayəndələri ilə görüşüb.

İstinadlar Report