Fransanın cənubunda leysan yağışlar və dəniz səviyyəsinin yüksəlməsi insan tələfatı ilə nəticələnib.

Məlumata görə, dəniz səviyyəsinin qalxması 5 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, ölkənin cənubunda ötən gündən başlayan əlverişsiz hava şəraiti bu gün də davam edir. Hazırda cənub əyalətlərində leysan yağışlar yağır, güclü külək əsir.

Güclü külək səbəbindən İspaniyaya gedən avtomobil yolunda nəqliyyatın hərəkətində yubanmalar yaranıb.

İstinadlar Report