Fransada dayələr tətil edir.

Onlar Fransada 2020-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan qanun layihəsinə etirazlarını bildirərək bu gün işə çıxmaqdan imtina ediblər.

Onların sayının 318 min nəfər olduğu ehtimal edilir.

Qəzəbli dayələr, yaxud “qəhvəyi jiletlilər”, CGT və FO təşkilatlarının yaydığı birgə bəyannamədə yeni qanun layihəsi “polis nəzarəti” adlandırılır: “Yeni qanun layihəsi ilə hökumət dayələrlə valideynlər arasında əlaqəni sadələşdirmək bəhanəsi gətirərək onlar üzərində “polis nəzarəti” həyata keçirmək məqsədi güdürlər”.

Qeyd edək ki, qanun layihəsi qəbul ediləcəyi təqdirdə dayələr onlar üçün nəzərdə tutulmuş saytda öz əlaqələrini, habelə ünvanlarını, qiymətlərini, boş saatlarını və özlərinə dair digər məlumatları yazmaq məcburiyyətində qalacaqlar.

İstinadlar Report