Fransada koronavirus qurbanlarının sayı 29,8 min nəfəri ötüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, hazırda xəstəxanalarda 8,5 mindən çox insan müalicə edilir.

“Fransada epidemiyanın başlanğıcından 29 843 insan öldü. Onlardan 19 346-sı xəstəxanalarda, 10 497 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib”, – rəsmi məlumatda deyilir.

İstinadlar Report