Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı yenidən çoxalıb.

Bu barədə “Sante Publique” bildirib.

Belə ki, ölkədə koronavirus infeksiyasına 52 010 yeni yoluxma faktı qeydə alınıb. Bununlada Fransada ölkədə koronavirusa yoluxma rekord həddə çatıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 116 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 1 138 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 761 nəfər vəfat edib.

İstinadlar Report