Fransada Azərbaycanın tarixinə, geosiyasətinə və beynəlxalq səviyyədə apardığı siyasətə həsr olunan daha bir kitab işıq üzü görüb.
Fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussuanın “Azərbaycan və Cənubi Qafqaz” kitabının Fransanın məşhur kitab mağazasında (FNAC) satışına başlanılıb.
Kitabda tarixən Qafqazın qədim xalqlar tərəfindən böyük təsirlərə məruz qaldığı, onların SSRİ-nin dağılmasından sonra müstəqilliyə qovuşduqları vurğulanır. Bu gün nəyin bahasına olursa-olsun, bu ölkələrin öz suverenliyi, inkişafı və kimliyi uğrunda mübarizə apardıqları qeyd olunur.
Kitabda regiondakı ölkələr arasında Azərbaycanın bənzəri olmayan, etnik, dini müxtəlifliyə malik ölkə olduğundan danışılır.