Fransanın şimalındakı Şatne-Malabri kommunasında yerləşən məktəbin yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə radio “France Bleu” bildirib.

Qeyd olunub ki, 363 şagird və 20 böyük zəhərlənib.

Hadisə mayın 19-da baş verib. Şagirdlər, müəllimlər və digər məktəb işçilərində ürəkbulanma, qarın ağrısı, qusma və ya ishal kimi simptomlar müşahidə olunub. Üç azyaşlı xəstəxanaya yerləşdirilməli olub.

İstinadlar Report