
Fransada Yeni il gecəsi şəhər küçələrində asayişi təmin etmək üçün 150 minə yaxın hüquq-mühafizə orqanları əməkdaşı səfərbər ediləcək.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması üçün bütün ölkə üzrə hüquq-mühafizə orqanları, mülki təhlükəsizlik və silahlı qüvvələrin 147 min 935 əməkdaşı səfərbər ediləcək”, – deyə idarənin “Twitter” mikrobloqunda bildirilib.
Yeni il gecəsi paytaxt Parisdə xüsusi təhlükəsizlik tədbirləri görüləcək.
Ötən gün Fransada etirazçılar yerli bankın giriş qapısında yanğın törətmişdilər.