“Patroller” hərbi pilotsuz uçuş aparatı Fransanın İstr şəhərində sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Fransa Hərbi Hava Qüvvələrinin İstr şəhəri yaxınlığındakı bazasından uçan hərbi pilotsuz təyyarə Sen-Mitr-le-Rampard kəndi yaxınlığında yerə çırpılıb.

Qanadları 18 metr olan aparatın qəzaya uğraması nəticəsində heç kim xəsarət almayıb.

Ağırlığı bir tondan çox olan “Patroller” taktiki pilotsuz uçan aparatları yerüstü qüvvələrin hərəkətlərinin əlaqələndirməsində nəzarət və kəşfiyyat rolunu oynayır. İlkin məlumatlara görə, Fransa ordusu 2020-ci ildə 14 belə dron almalıdır.

İstinadlar Report