
Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeridəcək.
Bunu Fransanın Baş nazir Qabriel Attal bildirib.
Onun sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
Qeyd edək ki, Yeni Kaledoniyada etirazlara səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.