Fransa “Şarl de Qoll” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək.

Bunu Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb.

Məqsəd rəsmi Parisin bölgədəki hərbi əməliyyatlarına dəstək olmaqdır. “Şarl de Qoll” aviadaşıyıcısı 2020-ci ilin yanvar ayından aprel ayınadək “Chammal” əməliyyatına dəstək olacaq.

Xatırladaq ki, bu aviadaşıyıcı 2015-ci ildə Fars körfəzində İŞİD-ə qarşı əməliyyatlarda iştirak edib. Daha sonra “Şarl de Qoll” Aralıq dənizinin şərqinə dislokasiya edib.

Alparslan Öztürk

İstinadlar Report